Dünyanın ən sağlam ölkələri

Elm-texnika inkişaf etdikcə, tibbi yeniliklər artır. Bu yeniliklər bir çox problemlərin həll olunmasına, insanların daha sağlam yaşamasına yardım edir.

Metbuat.az məlumat verir ki, BMT, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Bank 23 kriteriya əsasında dünyanın ən sağlam xalqlarının reyrtinqini hazırlayıb. Əsas kriteriyalar kimi orta ömür davamlılığı, siqaret çəkən vətəndaşların sayı, xolesrtin və piylənmədən əziyyət çəkənlərin statistikası əsas götürülüb. Statistikaya əsasən, dünyanın ən sağlam milləti yaponlardır. Yaponiyada orta ömür həddi 84,5 ildir. Yaponlarda köklük problemi yoxdur, yaşından asılı olmayaraq hamı arıq və sağlamdır. Onlar şirniyyatı sevmir. Mətbəxlərində özlərinə aid bir neçə şirniyyat növü var. Yaponların yemək porsiyaları çox balacadır. Hər gün idmanla məşğul olurlar. Kimi yeriyir, kimi qaçır, kimi də velosiped sürür. Bütün məktəblərində idman zalları var. İdman dərslərinə girmək və aktiv olmaq zəruridir. Dünyanın ən sağlam xalqları sırasında Afrika Respublikası və Sinqapur ön sıralardadır. Sağlam yaşamaq üçün düzgün həyat tərzi keçirmək , düzgün qidalanmaq, idmanla məşğul olmaq vacibdir. Buna əməl edərək sağlam həyat tərzi keçirən xalqalrı belə sıralaya bilərik: Cənubi Koreya, İslandiya, İsveçrə, İsrail, İtaliya, Avstraliya, Norveç və Danimarka.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR