"Qalatasaray" üçün uğurlu gün - 23 aprel

"Qalatasaray" üçün uğurlu gün   - 23 aprel
13:57 22 Aprel 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Türkiyə Super Liqasında İstanbul derbisi keçriləcək. "Türk Telekom Arena"da baş tutacaq matçda "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı qəbul edəcək.


Fanat.Az xəbər verir ki, 23 aprel tarixi ilə bağlı maraqlı statistika açıqlanıb. Belə ki, "Qalatasaray" bu tarixdə heç vaxt uduzmayıb.


İndiyədək 23 apreldə 7 matç keçirən "sarı-qırmızılılar" 5 qələbə qazanıb və 2 heç-heçə edib. "Karşıyaka", "Altay", "Vefaspor", "Samsunspor" və "Malatyaspor"u yenən "aslanlar" "Dənizlispor" və "Kayserispor"la "sülh" bağlayıb.


Daha bir maraqlı statistika isə matç dəqiqələri ilə bağlıdı. Məlumata görə, "Qalatasaray" bu mövsüm keçirdiyi qarşılaşmaların son 15 dəqiqəsində daha çox qol vurub. 76-90-cı dəqiqələrdə 15 qol vurub 4-ünü buraxan "sarı-qırmızılılar" ən az qolu 61-75-ci dəqiqələrdə vurub. Bu dəqiqələrdə komanda cəmi 4 dəfə fərqlənə bilib. "Aslan" ilk yarıda 24 dəfə fərqlənərək 17 qola üzülübsə, ikinci hissələrdə bu nisbət 26-15-di.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-ucun-uurlu-gun-t57809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR