Prezidentə vəd verən müğənnidən QƏRİBƏ SÖZLƏR: “Səhərə qədər...”

Prezidentə vəd verən müğənnidən QƏRİBƏ SÖZLƏR: “Səhərə qədər...”
14:13 22 Aprel 2017
137 Şou
Ölkə mətbuatı
A- A+

Alişan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana verdiyi sözə əməl edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni verdiyi müsahibədə həyatında özəl biri olduğunu etiraf edib:

“Münasibətimiz çox gözəl davam edir. Bu şəkildə gedərsə, ən qısa zamanda xoşbəxtliyimi sizinlə bölüşəcəyəm. Sevgilimi hər kəs tanımır, amma tanıyanlar var. Biz də yeni tanış olmuşuq. Hər şey çox gözəl gedərsə, evlənməyi düşünürəm. Rəcəb Tayyip Ərdoğana aprel ayına qədər evlənəcəyimə dair söz vermişdim. Evlənməsəm də, verdiyim sözü tutdum və birini tapdım. Prezidentimizin toyuma gəlməsini çox istəyirəm. Bu, ən böyük xəyalımdır. Özü də mənə söz verib ki, gələcək. İnşallah uyğun olarsa, toyumda iştirak edər. Bir də İbrahim Tatlısəsin toyumda mahnı oxumasının xəyalını qururam, çünki o, mənim idealımdır”.

Alişan getdiyi toyalarda bəylə gəlinə veridyi hədiyyələrin və qızılların geri qaytarılmasını istəməsindən də danışıb: “Özüm üçün xəyal qurduğum toyu qardaşıma etdim. İbrahim abi nikah şahidi oldu və mahnılar söylədi. Səhərə qədər əyləndik. Uzun illərdir getdiyim toylarda, ad günlərində, sünnətlərdə atdığım qızılların mislinin geri qaytarılmasını xəyal edirəm. Qoyduğum sərmayələrin mənə qayıtmasını istəyirəm”.

Müğənni qadında axtardığı xüsusiyyətləri də dilə gətirib: “İllərdir necə bir qızla evlənmək istədiyimi demişəm. Gözəllik axtarmıram. Evlənəcəyim qızla söhbət edərkən sıxılmamalıyam, telefonla danışarkən darıxmamalıyam, bir-birimizi güldürə bilməliyik. Həyatımda biri olduğundan valideynlərimin də xəbəri var, amma hələ tanış olmayıblar. Bu yaxınlarda onları görüşdürməyi planlaşdırıram. Nəzərdən çox qorxuram, ona görə adını açıqlamıram. Həqiqətən, xoşbəxt olmağımı istəyənlər kimi istəməyənlər də var. Hamı tərəfindən sevilən bir adam deyiləm”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/196054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR