Azərbaycanlı sahibkarlar ərəb ölkələrinə gedəcəklər

Azərbaycanlı sahibkarlar ərəb ölkələrinə gedəcəklər
14:27 22 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İyulda azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti işgüzar əlaqələrin qurulması üçün Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı" İctimai Birliyinin sədri Elşən Rəhimov təşkilatın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, İctimai Birlik tərəfindən təşkil olunan missiyanın səfəri bu üç ölkə ilə məhdudlaşmayacaq, gələcəkdə digər ərəb ölkələrinə səfərlər də planlaşdırılır: "Biz bu səfərlər çərçivəsində forumlar keçirməyi planlaşdırmırıq. Hazırda bizim vəzifəmiz ərəb ölkələrinin ticarət palataları və işgüzar dairələrinin nümayəndələri ilə görüş təşkil etməkdir. Biz yalnız ərəb investorların diqqətini Azərbaycana cəlb etmək yox, həm də sahibkarlarımızın ərəb ölkələrinə çıxışını təmin etmək istəyirik. Azərbaycan və ərəb ölkələri arasında dövlət səviyyəsində yaxşı əlaqələr qurulub, bizim vəzifəmiz isə bu ölkələrin iş adamları ilə birbaşa əlaqələr yaratmaqdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/537745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR