"AZAL birinci diviziona düşə bilər" - Rövnəq Abdullayev

"AZAL birinci diviziona düşə bilər" - Rövnəq Abdullayev
15:05 22 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının növbəti mövsümündə neçə komandanın iştirak edəcəyi hələ müəyyənləşməyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

"Növbəti mövsümdə Premyer Liqada neçə komandanın iştirak edəcəyi haqda hələ qərar verilməyib. Mövsüm bitəndən sonra bunu müzakirə edəcəyik. Lizensiya ala bilən bütün komandalar Premyer Liqada iştirak edəcək. AZAL sonuncu pillədə qərarlaşıb. Bu komandanın məsələsinə baxacağıq. Qaydalara əsasən, çempionatdan çıxmalıdı. Əgər I divizion klublarından lisenziya alan olsa, AZAL aşağı dəstəyə düşəcək. Aşağı liqadan neçə komandanın elitaya qalxacağını isə hələ bilmirik", - deyə R.Abdullayev bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR