"Napoli"də yeni müqavilə

"Napoli"də yeni müqavilə
15:52 22 Aprel 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Lorentso İnsinye ilə yeni müqavilə bağlayıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məlumatı Neapol klubu rəsmən təsdiqləyib.
 
Razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilə qədər hazırkı komandasında çıxış edəcək. Sözləşmənin maliyyə detalları açıqlanmayıb.
 
Qeyd edək ki, "Napoli"nin yetirməsi olan İnsinye 2009-cu ildən əsas komandanın üzvüdür. O, 2012-ci ildən dəvət aldığı İtaliya yığmasında 14 oyunda 2 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR