Balaxanı Poliqonunda 1000 ədəd ağac əkildi - FOTO

Balaxanı Poliqonunda 1000 ədəd ağac əkildi - FOTO
16:05 22 Aprel 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat Nazirliyinin dəstəyi və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib.

"Təmiz Şəhər" ASC-dən Milli.Az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi və cəmiyyətin əməkdaşlarının iştirak etdiyi aksiyada 1000 ədəd ağac əkilib.

Ağaclar əkilən ərazidə xususi suvarma sistemi qurulub və daim "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının nəzarətində olacaq, onlara qulluq ediləcək.

Son illər yaşıllıq və ağaclıq ərazisinə çevrilən poliqonun ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantıların üfunəti, yanma nəticəsində yaranan tüstü şəhərə yayılırdı. "Təmiz Şəhər" ASC fəaliyyətə başladıqdan sonra isə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşını tamamilə alındı, bütün məişət tullantıları xüsusi geomembran qatı ilə örtüldü. 120 hektar əraziyə malik sanitar poliqonda lazımi infrastruktur yaradıldı və tullantıların düzgün qəbuluna başlanıldı. Hazırda tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsi ilə suvarma üçün istifadə olunan texniki suya çevrilir, tullantılardan alınan qazdan isə elektrik enerjisi əldə olunur.

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və bir neçə ildir ki, İqtisadiyyat Nazirliyinin və "Təmiz Şəhər"in əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 10 mindən artıq ağac əkilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR