Kamran mətbuata görə klubsuz qalıb? - ABSURD

Kamran mətbuata görə klubsuz qalıb? -   ABSURD
16:07 22 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Kamran Ağayevin klubsuz qalmasına münasibət bildirib. Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis mətbuatı da günahlandırıb.


Onun fikrincə, hər mövsüm iki klub dəyişən Kamrana mətbuat dəstək verməli imiş: "Birinci dəfə deyil ki, Kamran klubsuz qalır. Keçmişdə də belə problemlər olub. Sözsüz ki, qapıçının oynamaması problemdi. Əlbəttə ki, Kamran Ağayevlə tez-tez danışıram. Onun tez-tez klub dəyişməsində, işsiz qalmasında sizin də günahınız var. Çünki belə məqamlarda ona dəstək olmursunuz".

 

Qeyd edək ki, bir müddət əvvəl Portuqaliyanın “Boavişta” klubundan kənarlaşdırılan Kamran Ağayev hazırda millinin qapıçılar üzrə məşqçisi Faiq Əzizovun rəhbərliyi altında fərdi şəkildə məşq edir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-mtbuata-gor-klubsuz-qalb-t57813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR