Fransua Olland: “Fransa şokdadır”

17:17 7 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 17:12 ]

Terror törədən şəxslər “Allahu Əkbər!”, “Biz peyğəmbərə görə qisas aldıq!” deyə qışqıraraq hadisə yerindən qaçıblar

Bakı – APA. Fransa prezidenti Fransua Olland terrorçuların hücumuna məruz qalmış “Charlie Hebdo” satirik jurnalının redaksiyasını ziyarət edib. APA-nın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, F. Olland Fransanın şokda olduğunu bildirib: “Heç bir şübhə yoxdur ki, bu, terror aktıdır”.

 

Dövlət başçısı təhlükəsizlik sahəsi ilə məşğul olan bütün nazirlərin iştirakı ilə müşavirə keçirəcəyini söyləyib.

 

“Reuters” agentliyi hadisə zamanı 12 nəfərin öldüyü, azı 7 nəfərin yaralandığı haqda xəbər yayıb. Ölənlərdən ikisi polisdir. Yaralılardan 4-ü ağır vəziyyətdədir.

 

Şahidlər terrorçuların polislə atışaraq binadan ayrıldığı anı mobil telefonla çəkə biliblər. Qara geyimli 2 kişi “Allahu Əkbər!”, “Biz peyğəmbərə görə qisas aldıq!” deyə qışqırıb. Terrorçular yoldakı avtomobillərdən birini ələ keçirərək olay yerindən uzaqlaşıblar. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR