Qurban Qurbanovun ilk məşqçisi istefaya göndərildi

Qurban Qurbanovun ilk məşqçisi istefaya göndərildi
16:07 22 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın çempionatının I divizionunda mübarizə aparan "Zaqatala" klubu baş məşqçisi Şaban Şirdanovla yollarını ayırıb. 

 

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı futbol11.az saytına açıqlamasında klubun idman direrktoru Bəxtiyar Musayev verib. 


O bildirib ki, Şirdanovun istefaya göndərilməsinə klubun uğursuz çıxışı səbəb olub. Klub rəsmisi yeni baş məşqçinin kimliyi ilə bağlı hələlik müzakirə aparmadıqlarını sözlərinə əlavə edib.

 

Qeyd edək ki, "Zaqatala" çempionatın sonuna 1 tur qalmış turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 


Onu da qeyd edək ki, Şaban Şirdanov hazırda "Qarabağ"a başçılıq edən Qurban Qurbanovun ilk məşqçisi olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanovun-ilk-mqcisi-istefaya-gondrildi-t57812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR