Yəməndə silahlı toqquşma

Yəmənin cənub-qərbindəki Taiz şəhərində baş verən qarşıdurmalar zamanı 17 nəfər ölüb, 34-ü isə yaralanıb.

Metbuat.az bildirir ki, Əl-Mudeyhin, Eş-Şərəf və Əl-Mukelkel bölgələrində Husilər və keçmiş prezident Əli Abdullah Saleh tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşma baş verib. Ölənlərdən 3-ü əsgərdir.

Qeyd edək ki, ölkədə uzun illərdir davam edən Husilər və Əli Abdullah Salehin tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurma səngimir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR