Millimizin Şimali İrlandiya ilə oyuna hazırlıq planı bəlli oldu

Millimizin Şimali İrlandiya ilə oyuna hazırlıq planı bəlli oldu
16:32 22 Aprel 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin hazırlıq planı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki əməkdaşının da iştirak etdiyi brifinqdə məlumat verib.

Mayın 15-də bir araya gələcək komandamız təlim-məşq toplanışını davam etdirmək üçün 5 gün sonra Avstriyaya yola düşəcək. Prosineçkinin yetirmələri adıçəkilən ölkədə iyunun 3-nə qədər qalacaqlar.
 
Millimiz Avstriyada 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi hələ məlum deyil. Prosineçki Şimali İrlandiya yığmasının oyun tərzinə uyğun futbol sərgiləyən rəqib axtarışında olduqlarını bildirib.
 
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində geridə qalan 5 turdan sonra Şimali İrlandiya yığması 10 xalla ikinci, millimiz isə 7 xalla dördüncüdür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR