ABŞ və İsrailin birgə İRAN PLANI: “Nüvə bombasını...”

ABŞ və İsrailin birgə İRAN PLANI: “Nüvə bombasını...”
16:48 22 Aprel 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

İranla imzalanan nüvə razılaşması Tehrana nüvə bombasını hazırlamaq imkanı verir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Şübhə yoxdur ki, nüvə üzrə razılaşma nüvə bombaları və nüvə arsenalının əsas elementlərinin yaradılması üçün əsas yaradır. Bu ölkə böyük neft və başqa resurslara malikdir. İran yüksək dəqiqlikli raketləri hazırlayır və nüvə bombasının hazırlanması prosesindədir”, - baş nazir deyib.

Netanyahunun sözlərinə görə, ABŞ administrasiyası ümumi təhlükələr haqqında İsraillə eyni fikirdədir.

Daha əvvəl isə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”.

R.Tillerson həmçinin İrana qarşı “strateji dözüm” siyasətini də uğursuz adlandırıb. “Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır", - R.Tillerson vurğulayıb.

ABŞ prezidenti Donald Tramp isə dünən növbəti dəfə İranla imzalanan nüvə razılaşmasını “qorxunc razılaşma” adlandırıb.

“Qorxunc bir anlaşma idi, əsla imzalanmamalı idi. Mən bütün razılaşmaların tərəfdarıyam, amma bu, gördüyüm ən pis razılaşmadır. İran razılaşmanın ruhuna uyğun hərəkət etmir. Biz mövzunu çox diqqətlə analiz edirik və yaxın vaxtlarda bu mövzuda deyəcək sözlərimiz olacaq”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR