"Yuventus"un futbolçusu "Mançester Siti"nin hədəfində

"Yuventus"un futbolçusu "Mançester Siti"nin hədəfində
16:52 22 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin yay transfer dövründə heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "şəhərlilər" "Yuventus"un müdafiəçisi Leonardo Bonuççi ilə maraqlanırlar.

Premyer Liqa təmsilçisi İtaliya yığmasının da formasını geyinən 30 yaşlı oyunçunu heyətinə qatmaqda israrlıdı. "Mançester Siti" rəhbərliyi bu keçidin baş tutması üçün 60 milyon avro xərcləməyə hazırdı. Qarşı tərəfin təklifi necə qarşılayacağı maraq doğurur.
 
Qeyd edək ki, 2010-cu ildən "Yuventus"da çıxış edən Bonuççi həmin ildən İtaliya yığmasının da şərəfini qoruyur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR