Onlar ölkənin son "balacaayaqlı"larıdır - FOTO

Onlar ölkənin son "balacaayaqlı"larıdır - FOTO
17:22 22 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bu iki yaşlı, qoca qadın Çində son "balacayaaqlı"lar sayılır.

"Balacaayaqlı"lar kiçik yaşlarında ayaq barmaqları sıxılıb bağlanan və bu minvalla ayaqlarının böyüməsinin qarşısı alınan çinli qadınlara deyilirdi. Çinlilərin fikrincə, qadının pəncələri nə qədər kiçik və nazik olarsa, bir o qədər gözəl sayılırdı.

Çində feodal dönəmlərdə geniş yayılmış bu adət artıq məhv olmaq ərəfəsindədir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çində 1911-ci ildə bu adət yasaqlanmışdı.

İndi Çinin Qyuçjou vilayətindəki Bizse şəhərinin yaxınlığındakı kənddə  yaşayan 80 yaşlı iki qadın "balacayaqlı"ların son nümayəndələri hesab olunur.

Vin Yi və Mao Hyu adlı bu qadınlar feodal adətin yasaqlanmasından 116 il sonra "gözəllik simvol"larını göstəriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR