Perez “Real”a daha bir superulduz gətirir - SİYAHI

Perez “Real”a daha bir superulduz gətirir - SİYAHI
17:37 22 Aprel 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın prezidenti Florentino Perez yay transfer pəncərəsində komandasına daha bir ulduz oyunçu almaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 70 yaşlı Perez klub prezidenliyinə dörd ildən bir keçirilən seçki ərəfəsində azarkeşləri sevindirmək fikrindədir.

Qeyd edək ki, Perez 2013-cü ildəki seçkidən sonra Qaret Beyli "Real"a transfer etmişdi. Bundan dörd il əvvəl isə o, Kriştiano Ronaldo, Kaka, Xabi Alonso və Kərim Benzema kimi ulduzları Madrid klubuna gətirmişdi.

Bildirilir ki, Perezin bu yaykı transfer siyahısında Antuan Qrizmann ("Atletiko"), Kilian Mbappe ("Monako") və Eden Azar ("Çelsi") var. Bildirilir ki, seçkidə Perezin rəqibinin olub-olmayacağına baxmayaraq, o, klubunda yeni ulduz görmək istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR