Cocuq Mərcanlı xeyli sayda qəlpə tapılıb

Cocuq Mərcanlı xeyli sayda qəlpə tapılıb
17:44 22 Aprel 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

 

Aprelin 22-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 46 822 kv.m ərazi yoxlanılıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən Lent.az-a verilən məlumata görə, gün ərzində 1305 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

 

Son 64 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 29 ədəd partlamamış hərbi sursat, 6 ədəd piyada əleyhinə mina və 67 ədəd tank əleyhinə mina  aşkar olunaraq zərərsizləşdirilib. 2 150 568 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə  Agentlik tərəfindən yanvarın 1-dən aprelin 22-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 133 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 2 209 252 kv.m ərazi yoxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR