Prezident qızı dünyanın ən nüfuzlu adamı oldu - FOTOLAR

Prezident qızı dünyanın ən nüfuzlu adamı oldu - FOTOLAR
17:48 22 Aprel 2017
167 Şou
Ölkə mətbuatı
A- A+

Amerika prezidentinin qızı dünyanın ən nüfuzlu adamı seçilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Time” jurnalı dünyanın ən nüfuzlu şəxslərinin növbəti siyahısını dərc edib. Eşli Qrem, Vladimir Putin, İvanka Tramp və digər məşhurlar yüz ən nüfuzlu insanların siyahısına düşüb.

Bu il ABŞ prezidentinin qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner siyahıya başçılıq edib. Böyük bədən ölçüləri olan model Eşli Qrem jurnalın versiyası üzrə "İlin ikonu" olub. Aktrisa Emma Stoun, müğənni Demi Lovato, musiqiçi Ed Şiran, aktrisa Marqo Robbi və müğənni Alisiya Keys ən nüfuzlu incəsənət xadimləri arasında yer alıb.

"Liderlər" kateqoriyasına isə Vladimir Putin və Donald Tramp rəhbərlik edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/196069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR