Millimizin üzvü Bundesliqada qol vurdu, komandası xilas oldu

Millimizin üzvü Bundesliqada qol vurdu, komandası xilas oldu
17:57 22 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu II Bundesliqada növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, adıçəkilən komanda XXX tur çərçivəsində “Hannover”i qəbul edib.

 

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Nazarov “Aue”ni son anda məğlubiyyətdən xilas etməyi bacarıb. Belə ki, məhz onun 90+4-cü dəqiqədə vurduğu qol “Hannover”i qələbədən edib.

 

Matçdan 1 xalla ayrılan “Aue” 30 turdan sonra 33 xal toplayıb və hazırda 15-ci pillədə qərarlaşıb. 


Qeyd edək ki, bu Nazarovun cari mövsümdəki 8-ci qolu olub. O, qollardan 6-sına penaltidən imza atıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-bundesliqada-qol-vurdu-komandas-xilas-oldu-t57815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR