İbrahimoviçin zədəsi çox ciddidir

İbrahimoviçin zədəsi çox ciddidir
18:32 22 Aprel 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Anderlext"lə cavab qarşılaşmasında sıradan çıxan "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviçin durumu ciddidir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu klubun rəsmi saytına açıqlamasında baş məşqçi Joze Mourinyo deyib:

"Düşünürəm ki, zədəsi ciddidir. Ancaq tibbi müayinənin cavabını gözləmək lazımdır. İndi bildiyim budur ki, vəziyyəti olduqca pisdir".

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm ümumilikdə 46 oyun keçirib və 28 qol vurub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR