"Valensiya"dan mənə təklif gəldiyinə dair xəbərləri şərh etmək istəmirəm".
Bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib. O, İspaniyanın paytaxtı Madriddə özünə ev aldığına dair xəbərlərə isə belə münasibət bildirib:
"Madriddə artıq evim var. Yeni ev almaq lazım deyil. Bundan artıq şərh vermək istəmirəm".
Qeyd edək ki, meneceri Yaşar Çalışır Robert Prosineçki ilə İspaniyanın "Valensiya" klubunun maraqlandığını bildirib.
Fanat.Az