İş adamı öz avtomobilində öldürüldü

Türkiyənin Kayseri şəhərində silahlı insident baş verib.

Metbuat.az bildirir ki,aralarında problem yaşandığı müəyyən oluanan bir şəxs avtomobildə olan digər şəxsə dəfələrlə atəş açıb. İş adamı olduğu deyilən 31 yaşlı A.H. yerindəcə ölüb. Qətli törədən 47 yaşlı H.E. istifadə etdiyi silahla birgə saxlanılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR