Luis Enrike "Real"a sataşdı - "El Klasiko"ya doğru

Luis Enrike "Real"a sataşdı  - "El Klasiko"ya doğru
19:07 22 Aprel 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın baş məşqçisi Luis Enrike İspaniya çempionatının 33-cü turu çərçivəsində, 23 aprel tarixində keçiriləcək “El Klasiko”dan danışıb. Fanat.Az xəbər verir ki, Enrike Madrid təmsilçisinə, yumşaq desək, sataşıb:


“Üslubumuza sadiq qalmalı, “Real”a qarşı effektli oynamalıyıq. Bu həlledici, final xarakterli matçdı. Bacarmasaq, çempionatı bitmiş saya bilərik. Amma bədbin deyiləm. Niyə? Çünki qələbə axtaran “Barselona” üçün “Santyaqo Bernabeu” qədər əlverişli məkan yoxdu”.

 

Qeyd edək ki, “Real” əzəli rəqibi olan Kataloniya klubunu turnir cədvəlində 3 xal qabaqlayır. Madridlilərin ehtiyatda 1 oyunu da var.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-luis-enrike-quotrealquota-satad-t57819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR