"Videotəkrardan istifadə olunmalıdı" - Rummenigge əmindi

"Videotəkrardan istifadə olunmalıdı"  - Rummenigge əmindi
19:17 22 Aprel 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

“Bavariya”nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge futbolda videotəkrardan istifadə olunmasının vacibliyinə əmindi. Fanat.Az xəbər verir ki, Münhen klubunun rəsmisi belə deyib:

 

“Real” – “Bavariya” oyunundan sonra bütün müzakirələrə son qoyulmalı, matçlar zamanı videotəkrarlardan istifadə edilməsinə qərar verilməlidi. Nəticələrin ədalətli olmasını istəyiriksə, yeganə çıxış yolu budu. Əlbəttə, Madriddə hakimlər briqadasının səhvlər silsiləsinin qurbanı olduq”.

 

Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında “Real”a uduzub. Madriddəki görüşdə macar referi Viktor Kaşşayın rəhbərlik etdiyi hakimlər briqadasının yarıtmaz idarəçiliyi uzun müddətdi gündəmdən düşmür.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotvideotkrardan-istifad-olunmaldquot-t57818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR