İstirahət günü də güclü külək əsəcək

İstirahət günü də güclü külək əsəcək
19:27 22 Aprel 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 23-də paytaxtda axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
 
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 7-9° isti, gündüz 15-19° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 765 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% təşkil edəcək.
 
Aprelin 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi metohəssas insanlar üçün əlverişsizdir.
 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR