Qoşulub gedən qıza qarşı ailəsi necə rəftar etməlidir?

Qoşulub gedən qıza qarşı ailəsi necə rəftar etməlidir?
19:37 22 Aprel 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir qız Rəsululah əleyhissəlama gəlib deyir ki; "atam məni öz əmisi oğlu ilə evləndirdi ki, öz nəsli içində etibarını çoxaltsın. Mən bu evliliyə razılıq vermədim"-deyir. Qızın bu sözü üzərinə Rəsulullah əleyhissəlam onun ailəsinə adam göndərib qızın atasını çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi. Qız: "Ey Allahın elçisi, əslində mən atamın gördüyü işə icazə vermişdim, lakin bu məsələdə qadınların bir hüququ olub-olmadığını öyrənmək istəyirdim", - dedi.1

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, valideynlər qızlarını özlərinin istədiyinə verməyə məcbur edə bilməzlər. Ancaq məsləhət verə bilərlər. Rəsulullah əleyhissəlam belə demişdir: "Hansı qadın vəlisinin icazəsi olmadan nikahlanarsa onların nikahları batıldır, nikahları batıldır, nikahları batıldır." Vəlisi ilə razılaşa bilməzlərsə, onda səlahiyyətli orqan ona vəkillik etməlidir.

Əgər valideynlər haqsız bir səbəblə qızına qarşı gəliblərsə və qız da buna baxmayaraq ərə getmişsə, valideynlərin irəli sürdükləri şərtlərin və verdikləri sözlərin heç bir əhəmiyyəti yoxdur. Məsələn; "ayağını bir daha bu evə atma", "ölsəm qəbrimə gəlmə"- kimi sözlər batıldır. Quranı Kərimdə: "Qadınlar ərləri ilə mərufa uyğun olaraq razılığa gəldikləri zaman, evlənməklərinə mane olmayın. (Bəqərə 2/232)

Allah Təala Təğabun surəsi 14-cü ayəsində belə buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir."

Demək ki, ailənin içində belə, bir-birinə düşmən olanlar ola bilər. Xüsusilə gənclər çox xəta və günah işlər görə bilir. Böyüklərin vəzifəsi əfv etmək olmalıdır. Keçmişi qurdalayıb, xataları üzə vurmaq hər kəs arasında nifrət və düşmənlik gətirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR