Nazarov komandasını xilas etdi

Nazarov komandasını  xilas etdi
19:52 22 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu II Bundesliqada növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, adıçəkilən komanda XXX tur çərçivəsində "Hannover"i qəbul edib.
 
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
 
Start heyətində yer alan Nazarov "Aue"ni son anda məğlubiyyətdən xilas etməyi bacarıb. Belə ki, məhz onun 90+4-cü dəqiqədə vurduğu qol "Hannover"i qələbədən edib.
 
Matçdan 1 xalla ayrılan "Aue" 30 turdan sonra 33 xal toplayıb və hazırda 15-ci pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR