"Real"ın uelsli futbolçusu Qaret Beyl sabah "Barselona" ilə keçiriləcək oyuna hazırdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatına açıqlamasında madridlilərin baş məşqçisi Zinəddin Zidan xəbər verib.

Fransalı çalışdırıcı zədəsini tam sağaldaraq, sıraya dönən Beylin adının "El-Klasiko"nun iştirak ərizəsinə daxil ediləcəyini bildirib: "Qaret sabah bizimlə olacaq. Start heyətində yer alıb-almayacağına isə hələ qərar verməmişəm".

Qeyd edək ki, La Liqanın XXXIII turu çərçivəsində baş tutacaq "Real" - "Barselona" görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində