XIX-cu əsrdən bəri ilk kömürsüz gün

XIX-cu əsrdən bəri ilk kömürsüz gün
20:22 22 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Britaniya sənayedə kömürdən tam imtina edəcək.
XIX əsrin sonundan bəri ilk dəfə olaraq Britaniya bir gün ərzində kömür yandırmaqla istehsal olunmuş elektrik enerjisindən istifadə etməyib.
Planlara görə 2025-ci ildən sonra Britaniya sənayedə kömür yanacağından imtina edəcək.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu arada atmosferə çirkli tullantıların azaldılması ilə bağlı tətbiq edilən vergilərə görə kömürün istifadəsi artıq kəskin şəkildə azalmaqdadır.
İki il əvvəl İngiltərinin şimalında yerləşən sonuncu dərin kömür şaxtası bağlanıb.
Kömür hasil olunan yanacaqlar arasında ən çirkli enerji mənbələrindən biri sayılır.
Britaniya energetikləri külək və günəş əsaslı texnologiyaların inkişafına üstünlük verirlər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR