Cüdoçumuz Avropa çempionu oldu və göz yaşlarını saxlaya bilmədi - VİDEO

Cüdoçumuz Avropa çempionu oldu və göz yaşlarını saxlaya bilmədi - VİDEO
20:33 22 Aprel 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb.

Publika.az xəbər verir ki, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışıblar.

Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finalda keçirdiyi ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarımfinala yüksəlib. Qasımovla Məmmədov finala vəsiqə uğrunda görüşdə üz-üzə gəliblər. Bu dəfə daha təcrübəli olan dünya çempionu ipponla qalib gələrək, finala yüksəlib. Mehdiyevlə Qasımov isə həm yarımfinalda, həm də təsəlliverici görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər.

Məmmədov isə həlledici görüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, fransalı Siril Mareyə qızıl xalda ipponla qalib gəlib. Bununla da Azərbaycan təmsilçisi 2013-cü ildə əldə etdiyi dünya çempionluğundan sonra Avropa çempionu tituluna da yiyələnib. Bu, Avropa çempionatında 5-ci medal və ikinci "qızıl" olub.

90 kq

Bürünc medal görüşü. Məmmədəli Mehdiyev - Beka Qvinaşvili (Gürcüstan)

1/2 final. Məmmədəli Mehdiyev - Aleksandr Kukol (Serbiya)

1/4 final. Məmmədəli Mehdiyev - Yeqor Varapayev (Belarus)

1/8 final. Məmmədəli Mehdiyev - Marko Bubanya (Monteneqro)

1/16 final. Məmmədəli Mehdiyev - İon Dumbrava (Moldova)

100 kq

Bürünc medal görüşü. Elmar Qasımov - Kazbek Zankişiyev (Rusiya)

1/2 final. Elmar Qasımov - Elxan Məmmədov

1/4 final. Elmar Qasımov - Kirill Denisov (Rusiya)

1/8 final. Elmar Qasımov - Mikita Svirid (Belarus)

1/16 final. Elmar Qasımov - Filipp Qalandi (Almaniya)

Final. Elxan Məmmədov - Siril Mare (Fransa)

1/2 final. Elxan Məmmədov - Elmar Qasımov

1/4 final. Elxan Məmmədov - Peter Paltçik (İsrail)

1/8 final. Elxan Məmmədov - Artur Nikiforenko (Latviya)

1/16 final. Elxan Məmmədov - Vinçentso D Arko (İtaliya)

+100 kq

1/8 final. Uşangi Kokauri - Harun Sadıkoviç (Bosniya və Herseqovina)

Qeyd edək ki, Avropa çempionatının ilk 2 yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/196083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR