Azərbaycanlı futbolçu Bundesliqada qələbə qazandı

Azərbaycanlı futbolçu Bundesliqada qələbə qazandı
20:47 22 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın III Bundesliqasında XXXIV turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Duysburq" "Frankfurt"u qəbul edib.


Oyun futbolçumuzun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Tuğrul Erat 90 dəqiqə meydanda olub.


Qeyd edək ki, "Duysburq" 34 turdan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Kiel"i 6 xal qabaqlayır.


Tuğrul Erat cari mövsümün əvvəlindən "Duysburq"da çıxış edir. O, indiyədək 18 oyuna çıxıb və 2 qol vurub. O, sonuncu dəfə millimizin heyətində 2015-ci ilin 13 oktyabrında Bolqarıstanla keçrilən seçmə mərhələ oyununda yer alıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-bundesliqada-qlb-qazand-t57822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR