Güclü külək Bərdədə ciddi fəsadlara yol açdı - FOTO

Güclü külək Bərdədə ciddi fəsadlara yol açdı - FOTO
20:57 22 Aprel 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında Bərdədə başlayan güclü külək fəsadlar törədib.

Milli.Az istipress.com-a istinadən bildirir ki, əsasən rayonun Güloğlular kəndi ərazisində kənd sakinlərinin şəxsi təsərrüfatına ziyan dəyib. Şiddətli külək kənd sakini Pərviz Bəşirova məxsus mal-qara tövləsinin dam örtüyünü yerə atıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda güclü külək davam etsə də, rayonun elektrik təsərrüfatına ziyan dəyməyib. Elektrik enerjisinin verilişində fasilə yaranmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR