Yüzlərlə şəhərdə alimlər yürüşə çıxıblar

Elmi faktlara siyasi hücumlara etiraz əlaməti olaraq, dünyanın yüzlərlə şəhərində alimlər küçələrə çıxıblar.

Metbuat.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, "Yer Günü"nə təsadüf edən yürüşlər diqqəti ətraf mühitin problemlərinə yönəltmək məqsədi daşıyır.

Əsas tədbir bir qədər sonra Vaşinqtonda keçiriləcək. Təşkilatçılar bildirirlər ki, yürüş ABŞ Prezidenti Donald Trampa qarşı deyil, onun ətraf mühitə bilavasitə təsir göstərən fəaliyyətinə yönəlib. BBC xatırladır ki, Tramp bir müddət əvvəl iqlim dəyişikliyi problemini uydurma adlandırmışdı və onun bu baxışları elmi ictimaiyyətdə ciddi narahatlıq doğurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR