Nəfsi-əmmarə nədir?

Nəfsi-əmmarə nədir?
21:17 22 Aprel 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam əxlaqına dair mənbələrdə və təsəvvüf kitablarında qeyd edilir ki, nəfsin yeddi mərtəbəsi vardır. Haqq yolçusunun nəfsi kamilləşdikcə bu mərtəbələri bir-bir keçir və son mərtəbəyə yetişir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu mərtəbələrdən birincisi nəfsi-əmmarədir. "Nəfsi-əmmarə" sözü ərəb dilindən tərcümədə "əmr edən nəfs" mənasını verir. O, bədəni maddi dünyaya meyl etdirir, ondakı ləzzət və şəhvət istəklərini alovlandırır. Nəfsi-əmmarə şər yuvası, pis əxlaqın və davranışın mənbəyidir. Quran ayələrinin birində nəfsin bu mərtəbəsinə işarə edilir: "Mən özümü təmizə çıxarmiram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər..." (Yusuf, 53).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR