Taksilərlə bağlı yeni təklif mübahisələrə səbəb oldu - VİDEO

Taksilərlə bağlı yeni təklif mübahisələrə səbəb oldu - VİDEO
21:22 22 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi həm fərdi şəkildə, həm də şirkət olaraq göstərilən taksi xidmətinə vahid tarif tətbiq edilməsi ilə bağlı hökumətə müraciət edib. Ehtimal olunur ki, şəhər daxilində hər kilometr üçün tarif müəyyən edilməsi və taksometrin həmin tariflə işləməsi təklif edilib. Bu tarifin gündüz və gecə üçün fərqli olması da mümkündür. Məqsəd eyni məsafə üçün müxtəlif qiymətlərin qoyulmasının qarşısını almaqdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, detalları açıqlanmasa da, taksilər üçün vahid qiymət təklifi mübahisə doğurub. Ekspertlərin fikrincə, vahid qiymətin tətbiqinə ilk olaraq avtomobillərin istehsal ili və modeli mane olacaq. Qoyulacaq tariflər sərnişinlərə sərf etsə belə, bu işlə məşğul olanlar üçün sərfəli olmayacaq.
İqtisadçı Ruslan Atakişiyev deyir ki, qaydalar qəbul edilsə, fərdi taksi fəaliyyəti ilə müqayisədə ucuz taksi xidmətləri təklif edən şirkətlər zərər görə bilər.
Ekspert deyir ki, taksi fəaliyyəti sahəsində vahid qiymətlərdənsə, rəqabətə imkan yaratmaq lazımdır.
Rəqabət mühiti yarananda fərdi taksilər istər-istəməz qiymətləri daha sərfəli etməli olacaqlar. Çünki hazırda daha əlverişli xidmət təklif etdiklərindən taksi şirkətlərinə maraq yüksəlib.
Vahid tariflər sürücülər tərəfindən də birmənalı qarşılanmır.
Vahid tariflərlə bağlı təkliflərin qəbul edilib-edilməyəcəyi bir müddətdən sonra bilinəcək. Bilinən odur ki, vahid qiymətə keçməzdən əvvəl avtomobillər bir neçə parametrlərə cavab verməlidir. İlk növbədə taksi kimi fəaliyyət göstərən avtomobillərdə taksometrlər quraşdırılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/537813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR