Qəzetdəki bir hərf səhvinə görə bütün redaksiya heyətini güllələdilər - FOTOFAKT

Qəzetdəki bir hərf səhvinə görə bütün redaksiya heyətini güllələdilər - FOTOFAKT
21:58 22 Aprel 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Daşkənd şəhərində dərc olunan Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbu orqanı olan "Pravda Vostoka" qəzetinin 25 oktyabr 1944-cü il tarixli sayında hərf səhvi olub.

Publika.az xəbər verir ki, mətnin başlığında, Stalinin adının qarşısındakı "Qlavnokomanduyuşemu" (Baş komandan) sözündə ikinci hərf - "L" hərfi düşüb və "Qavnokomanduyuşemu" (Pox komandan) kimi yazılıb...

Nəticədə SSRİ Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən redaksiyanın bütün əməkdaşları həbs olunublar və daha sonra da güllələniblər.

Qəzetin çap edilmiş bütün nüsxələri köşklərdən və evlərdən tək-tək toplanaraq məhv edilib.

SSRİ Daxili İşlər İdarəsinin (NKVD) əməkdaşlarının bütün cəhdlərinə baxmayaraq 25 oktyabr 1944-cü il tarixli "Pravda Vostoka" qəzetinin 6 nüsxəsini tapmaq mümkün olmayıb.

Bu nüsxələr yalnız SSRİ-nin dağılmasından sonra üzə çıxıb və hazırda həmin nüsxələr qəzet kolleksiyonerlər tərəfindən satın alınaraq saxlanılır. (yeniavaz.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/196088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR