"Qəbələ" Yunanıstanda qələbə qazandı

"Qəbələ" Yunanıstanda qələbə qazandı
22:17 22 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirində növbəti oyunlar keçirilib. Fanat.Az xəbər verir ki, qrup mərhələsində 3 matçda qüvvəsini sınayan “Qəbələ” 9-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.

 

“Qırmızı-qaralar” Danimarkanın “Lyunqbyu” komandası ilə üz-üzə gəlib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ”nin hər iki qoluna Samir Məhərrəmli imza atıb.

 

Bu qələbə “qırmızı-qaralar”a 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınamaq imkanı verib. Təmsilçimiz sabah Albaniyanın “Tirana Nasional” klubu ilə görüşəcək.

 

Qeyd edək ki, “Qəbələ” qrup mərhələsində Yunanıstan “Apollon”u ilə heç-heçə edib (1:1), ardınca Serbiya “Partizan”ı (0:3) və Afina “Panatinaikos”una (0:2) məğlub olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-yunanstanda-qlb-qazand-t57823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR