2 “qızıl”, 3 “bürünc” – yığmamız 4-cü oldu

2 “qızıl”, 3 “bürünc” – yığmamız 4-cü oldu
22:42 22 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında fərdi yarışlar başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turnirin son günündə millimiz 4 nəfərlə mübarizə aparıb.
 
90 kq çəkidə yarışan Məmmədəli Mehdiyevlə, 100 kq çəkidəki Elmar Qasımov "bürünc"ü son anda əldən veriblərsə, 100 kq çəki dərəcəsindəki digər təmsilçimiz Elxan Məmmədov çempion olub. Ən ağır çəkidəki təmsilçimiz Uşanqi Kokouri isə çıxışını erkən başa vurub.
 
Bu gün əldə olunan 1 qızıl medal və 2 beşinciliklə bərabər yığmamız medal sıralamasında irəliləyib. Komandamız turniri ümumi hesabda 4-cü, kişilərin sıralamasında isə 2-ci sırada bitirib.
 
Ümumi sıralamada birinci yeri Rusiya (9 medal: 2q-3g-4b), ikinciliyi Fransa (7 medal: 2q-3g-2b), üçüncülüyü isə Ukrayna (3 medal: 2q-1g) qazanıb.
 
Qeyd edək ki, turnirin geridə qalan iki günündə millimiz aktivinə 4 medal yazdırıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov qızıl medala sahib olduğu halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) "bürünc"lə kifayətləniblər.
 
Sabah isə Azərbaycan yığması komanda yarışlarında mübarizə aparacaq. Komandaların birinciliyində Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də digər cüdoçularımızla birgə yarışacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR