İŞİD özünə yeni paytaxt seçdi

İŞİD özünə yeni paytaxt seçdi
22:42 22 Aprel 2017
149 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD qruplaşması paytaxtını Raqqa şəhərindən Deyr-əz-Zor şəhərinə köçürüb.

Milli.Az modern.az-a istinadən bildirir ki,bu barədə ABŞ-ın Fox telekanalına Pentaqondakı mənbə məlumat verib.
 
Məlumata görə, ABŞ dronları şəhəri tərk edən yüzlərlə İŞİD üzvünün Fərat çayı boyunca cənuba - Deyr-əz-Zora getdiyini müşahidə edib. Pentaqon tezliklə, Raqqa uğrunda döyüşlərin başlanacağını elan edib. Bunun üçün ərəb və kürdlərdən ibarət qoşunu hazırlandığı və onların şəhərin 15 kilometrliyində mövqe qurduğunu elan edib.
 
 
Onların fikrincə, şəhərdə bir neçə min silahlı qalsa da, "hökumət" artıq Raqqanı tərk edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR