Düz bağırsağına yarım metrlik ilan yerləşdirdi

Düz bağırsağına yarım metrlik ilan yerləşdirdi
23:52 22 Aprel 2017
200 Maraqlı
Ölkə mətbuatı
A- A+

49 yaşlı kişi qəbizlikdən xilas olmaq üçün tibbi müalicəni rədd edib, özfəaliyyətə keçdiyinə görə xəstəxanalıq olub.

Ötən həftə qarın ağrısıyla təcili tibbi yardıma müraciət edən şəxsin qarnından çıxanı görən həkimləri heyrət bürüyüb.

Milli.Az moderator.az-a istinadən bildirir ki, Liu adlı çinli xəstəxanaya getdiyində həkimlər ona bağırsaq keçilməzliyi diaqnozu qoyaraq bir müddət xəstəxanada yatmalı olduğunu bildiriblər.
Adam isə həkimlərin tələbini rədd edərək qədim bir Çin üsulu ilə qəbizliyini aradan qaldırmağa qərar verir.Bu məqsədlə yarım metrlik dəniz ilanını anus dəliyinə - düz bağırsağına yeridir.
Bundan sonra xəstənin halı daha da pisləşir. Həkimlər onun onikibarmaq bağırsağında dəniz gürzəsi olduğunu aşkarlayırlar.

Yarım metr uzunluğunda və 250 qram ağırlığında dəniz ilanı adamın qarnından çıxarılıb.
Liu əvvəlcə ilanın düz bağırsağına ondan xəbərsiz girdiyini bildirib, lakin əməliyyatdan sonra hər şeyi etiraf edib.Doktor Zhao Zhirong adamın xəstəxanaya gəlməsəydi, vəziyyətinin daha da pis olacağını deyir.
 İlan adamın düz bağırsağından çıxarılarkən ölü olub. ancaq oraya yerləşdirilərkən ölü və ya diri olduğu bəlli deyil. Liu hələ də xəstəxanada yatır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR