20 yaşlı qızın vəsiyyəti: "Məni gəlin paltarında basdırın" - FOTO

20 yaşlı qızın vəsiyyəti: "Məni gəlin paltarında basdırın" - FOTO
23:57 22 Aprel 2017
224 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Gözəl ölmək istəyirəm. Məni gözəl basdırın, tabutumda cazibədar və yaraşıqlı olum. Gəlin paltarında basdırın məni".

20 yaşlı filippinli Rasin Prequntanın anasına dediyi son sözləri, vəsiyyəti belə idi.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, osteosarkoma, yəni sümük xərçəngi xəstəsi olan Prequntanın vəsiyyəti gerçəkləşdirilib.

Filippinin cənubundakı Davao şəhərinin sakini olan Rasin ötən həftə, aprelin 17-də vəfat edib.

Anasının dediyinə görə, qızı "Die Beautiful" filmini çox sevirdi və vəsiyyətinə də məhz bu film sövq etmişdi. Film gözəllik müsabiqəsində qalib gələndən sonra vəfat edən transgenderdən bəhs edir.

Rasinin bacısı Rolin Prequnta deyib: "Bacım aprelin 12-də, ölümündən beş gün əvvəl mənə söylədi ki, tabutunun ağ rəngdə olmasını istəyir. Özünün də gəlin paltarında dəfn edilməsini arzuladığıın dedi".

Rasini atasının məzarı yanında dəfn ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR