Günün qoroskopu: poçt qutusunu yoxlamağı unutmayın

Günün qoroskopu: poçt qutusunu yoxlamağı unutmayın
00:05 23 Aprel 2017
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - uğurlu gündür. Tələsmədən, amma qətiyyətlə çalışaraq soyuqqanlı davransanız, ciddi irəliləyişə nail ola bilərsiniz. Axşam saatlarında dostları qonaq çağırın. Yaxşı masa arxasında oturmaq da olar.

Buğa - nigaranlıq günüdür. Bu gün sizi narahat edən, izafi marağınıza səbəb ola biləcək hadisə yaşanacaq. Mümkün dəyişiklikləri hiss etməyə çalışın. İmkanlarınızı və can atdığınız məqsədləri dəyərləndirin, davranış modelini konkretləşdirin.

Əkizlər - ünsiyyət dairəsini genişləndirin. Axına düşdüyünüzü hiss etsəniz, dayanmayın. Hazırda sizinlə maraqları bölüşən insanla bundan sonra da çalışa bilərsiniz.

Xərçəng - detallar və xırdalıqlara diqqət yetirin. Ayıq davranıb sayıq olsanız, bəzi problemləri asanlıqla həll edəcəksiniz. Rəhbərlik və daha üst səviyyədəki insanlarla danışanda əlverişli tonu tapın. Emosiyalı olmasanız, müsbət nəticələr əldə edə bilərsiniz.

Şir - hazırda hərəkətdə olan layihə və ya bir qədər əvvəl başladığınız işi sürətləndirmək üçün yeni imkanların potensialını dəyərləndirin. Alış-verişdə simic olmayın.

Qız - günün ilk yarısı aktiv olun. Axşam saatları ev işləri və ailəvi ünsiyyət üçün yararlıdır. Sakitliyə, qarşılıqlı anlaşmaya, stabilliyə can atın.

Tərəzi - maraqlı təkliflər alacaqsınız. Onları təhlil edin. Gərəkli məlumat, dostlar, əlaqələr, yardım etmək istəyən insanlar yaşamınızda peyda olacaq.

Əqrəb -  işgüzar həyat və şəxsi münasibətlər müstəvisidəki planları həyata keçirmək üçün yaxşı şans yaranıb. Gərəkli, sərfəli şansı görməyə çalışın. Görüş, zəngləşmək, yazışmaq, çoxdan planlaşdırılan alış-verişi reallaşdırmaq üçün əlverişli vaxtdır.

Oxatan - emosiyalarınıza hakim olun, düşünülməmiş addımlar atmayın. Sizə yardım etmək istəyən adam tapılacaq. Cəsarətli olun, uğur sizin olacaq.

Oğlaq - yaxın gələcəyinizin asılı olacağı seçimi gerçəkləşdirmək zamanıdır. Səfər, səyahət və ambisiyalarınızı təmin edə biləcək istənilən planları həyata keçirin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə ciddi dəyişikliklər ola bilər.

Dolça - poçt qutusunu yoxlamağı unutmayın. Ailə dəyərləri prioritetdir. Şəxsi münasibətlərə daha çox diqqət, sakitlik və müdafiə hissi gətirin.
İşi də unutmayın. Sistemləşdirmə və qayda yaradılması hisslərdə də müvazinətə rəvac verəcək.

Balıqlar - yaxın ətrafınızda işgüzar və sakit mühit var. Səmimi olun, münasibətlərdə açıq davranın. Görüşün, qulaq asın, müşahidə edin, baxın, soruşun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR