Güclü külək Ağstafada fəsadlar törədib - FOTO

Güclü külək Ağstafada fəsadlar törədib - FOTO
00:05 23 Aprel 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Günorta saatlarında əsməyə başlayan güclü külək Ağstafa rayonunda fəsadlar törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun kəndlərində, əsasən də Poyluda bəzi evlərin dam örtüyü qismən dağılıb, elektrik naqilləri sıradan çıxıb və enerjinin verilişi 3 saata yaxın dayandırılıb.

Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda elektrik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə enerjinin verilişi bərpa olunub. Küləyin sürətinin isə hazırda azaldığı bildirilir.

Ölkənin Qərb bölgəsində güclü külək bir neçə gündür davam edir. Hazırda Qazax, Tovuz, Daşkəsən və Şəmkir rayonlarında küləkli hava müşahidə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR