Türkiyədə qətliamı xatırladan qəza

Türkiyənin Zonquldağ əyalətinin Ereğli mahalında sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 10 nəfər ölüb, 16-sı isə yaralanıb.

Metbuat.az bildirir ki, qəza axşam saatlarında Əsənyurt yolunun Yalnızçam hissəsində baş verib. Avtobusun sürücüsü qarşı tərəfdən gələn avtomobillə toqquşmamaq üçün yolun digər hissəsinə keçmək istədikdə, idarəetməni itirib. Avtobus təxminən 50 metr hündürlükdən dərəyə aşıb. Cəsədlər xilasedicilər tərəfindən çıxarılaraq meyitxanaya aparılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR