Məşhur “ikialanlar” haqqında maraqlı faktlar

Məşhur və dahi insanların yaradıcılıqlarının tədqiqatçıları müəyyən etmişlər ki, onlar bir qayda olaraq pis şagird və ya tələbə olmuşdur. Bəlkə də onlardan hansı isə məktəbdə yaxşı oxuyub, əksər vaxtda dahilərin çoxunun “ikialan” olduğu müəyyən olunub.

1. Volterin atası onun haqqında və onun qardaşı barədə belə deyirdi: “mən iki axmaq böyütmüşəm. Birinin nəsrdən başı çıxmır, o birinin də nəsrdən”.

2. İsaak Nyuton sinifdə hamıdan pis oxuyur, lakin bir dəfə yoldaşlarından biri onu döyür və hər şey dəyişir. Bundan sonra Nyuton biliyi vasitəsi ilə ondan üstün olmaq qərarına gəlir, cəmi bir neçə aydan sonra o siniflərində birinci yerə çıxır.

3. Otto fon Bismark çox pis şagird, ondan da betər işçi olub: onu həmişə ya işdən çıxardır, ya da o özü işin rutin həyatına uyğunlaşmayaraq işdən çıxıb gedirdi.

4. Napoleon isə riyaziyyatdan başqa bütün fənləri pis oxuyub.

5. Lüdviq van Betxoven yazıda səhvlərə yol verirdi, bundan əlavə o bölmə və vurma əməliyyatlarını da mənimsəyə bilməmişdi. Bu xarakterik xüsusiyyəti Aleksandr Dümaya da aid etmək olar.

6. Ehtimallar nəzəriyyəsinin yaradıcısı, Nobel mükafatı laureatı Albert Eynşteyn orta qiymətlərlə oxuyub. Onun valideynləri qohumlarla söhbət edərkən bildirirdi ki, onun barəsində heç bir xülyaya qapılmır və ümid edirlər ki, oğulları ən azından sadə bir işə düzələ biləcəklər.

7. Vladimir Mayakovski o qədər pis şagird olub ki, heç “Anna Karenina” əsərini axıra qədər oxumayıb.

8. Puşkin liseydə digər şagirdlər kimi fərqlənə bilmirdi, xüsusən də cəbr dərslərində onu ağlamaq tuturdu. Attestasiya imtahanlardan sonra, diplomları verərkən o, axırdan ikinci sırada yer tutmuşdu.

9. Sergey Korolev ömrü boyu məktəbdə “üç” almışdır, baxmayaraq ki, “Vostok” və “Vosxod” kosmik gəmilərinin, ilk süni peyklərin, ballistik və geofiziki raketlərin hazırlanması məhz onun rəhbərliyi altında baş tutmuşdur.

10. Çexov gimnaziyada oxuduğu müddətdə iki dəfə sinifdə qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR