“Əl Qaidə”nin bir neçə lideri tutuldu

“Əl Qaidə”nin bir neçə lideri tutuldu
03:13 23 Aprel 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmən ordusunun terrorla mübarizə birləşmələri ölkənin Hardamaut əyalətində “Ərəbistan yarımadasında Əl Qaidə” terror şəbəkəsinin səhra komandanlığının üzvlərinin saxlanılması əməliyyatını həyata keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə Yəmən hökumətinə dəstək verən ərəb koalisiyasının qərargahından bildirilib.

Məlumata görə, xüsusi təyinatlılar və aviasiyanın cəlb olunduğu əməliyyat aprelin 22-nə keçən gecə keçirilib. Nəticədə “Ərəbistan yarımadasında Əl Qaidə” terror şəbəkəsinin bir neçə başçısını saxlamaq mümkün olub. Onların əksəriyyətinin əcnəbi muzdlu olduğu bildirilir. Radikallar ölkənin cənubunda bir neçə terror aktı hazırlayırmış. Terrorçulardan çoxlu sayda silah-sursat, texnika və partlayıcı qurğu götürülüb.

Saxlanılanlar arasında qruplaşmanın “Əz Zərkaui” ləqəbi ilə tanınan liderinin də olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR