Kölndə etirazçılarla qarşıdurmada polis əməkdaşları xəsarət alıb

Kölndə etirazçılarla qarşıdurmada polis əməkdaşları xəsarət alıb
04:09 23 Aprel 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Köln şəhərində “Almaniya üçün alternativ” partiyasının əleyhinə keçirilən kütləvi  etiraz aksiyası zamanı baş vermiş qarşıdurma nəticəsində iki polis əməkdaşı xəsarət alıb.  

 

APA-nın “Bild”ə istinadən verdiyi xəbərə görə, aprelin 22-də Kölndə partiyanın qurultayı keçirilib. Məlumata görə, maskalı etirazçılardan biri dəyənəklə deputatı vurmağa cəhd edib, lakin zərbə ona mane olmağa çalışan asayiş keşikçisinə dəyib.  

 

Aksiyaya 10 minədək etirazçı qatılıb. Asayişi qorumağa 4 minədək polis əməkdaşı cəlb edilib. Etirazçılardan bir neçəsi saxlanılıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR