Amerikalı Rusiyada tacikin gözünə bıçaq sancdı

Amerikalı Rusiyada tacikin gözünə bıçaq sancdı
04:59 23 Aprel 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt Peterburq şəhərində 27 yaşlı ABŞ vətəndaşı mübahisə etdiyi şəxsin gözünə bıçaq sancıb. APA-nın “Fontanka.ru”ya istinadən verdiyi xəbərə  görə, insident ABŞ vətəndaşı və onun xosteldəki qonşusu, 32 yaşlı Tacikistan vətəndaşı arasında yaranan münaqişə zəminində baş verib. Tacik müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Amerikalı saxlanılıb. O, polisə ifadəsində Rusiyaya aprelin 2-də iş tapmaq və daimi yaşamaq məqsədi ilə gəldiyini bildirib.  

 

İnsidentlə əlaqədar “Xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR