Qızardılmış kartofu isitməyin DÜZGÜN QAYDASI

Qızardılmış kartofu isitməyin DÜZGÜN QAYDASI
07:05 23 Aprel 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Çox saxlandığında ləzzəti qaçan və xırçıltısı azalan kartofu isitməyin qızıl qaydaları hansılardır? Soyumuş kartofu təzə bişmiş kimi yemək üçün nələrə diqqət etmək lazımdır? Milli.Az lent.az-a istinadən bunun yollarını təqdim edir.

Saxlandığında dadı qaçan kartofu yanlış üsullarla isidərkən yumşalır və təzəliyini itirir. İsti ikən ləzzətlə yeyilən bu qidanı isidərkən ilk bişdiyindən də dadlı olacaq.
 
Sobada necə isidilir?
 
Qızardılmış kartof soyuyubsa, sobada isidə bilərsiniz. Bunun üçün kartofu qoyacağınız tavaya əvvəlcə alüminium folqa yerləşdirin. Alüminium folqa tavaya yaxşıca yapışdıqdan sonra kartofu düzün. Əvvəlcədən 200 dərəcədə isitdiyiniz sobada kartofları isidin və 3 dəqiqə gözlədikdən sonra götürün.
 
Tavada necə isidilir?
 
Soyumuş kartofu tavada isidərkən tavada bişirmə üsulunu sınaya bilərsiniz. Ancaq mütləq tefal tavadan istifadə edin. Yaxşı qızardılmış tavaya yağ əlavə etmədən kartofları qoyun. Qapağı açıq şəkildə kartofları isidə bilərsiniz. Kartoflar qalındırsa, 5 dəqiqə, nazikdirsə, 3 dəqiqə isidin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/537318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR