Xəbər verdiyimiz kimi, əməkdar artist Mətanət
İsgəndərlinin qızı Ülkər nişanlanıb.
Publika.az axşam.az-a istinadən xəbər verir ki, müğənninin
qızını verdiyi şəxs azərbaycanlı deyil. Belə ki, Ülkər Türkiyə
vətəndaşına ərə getməyə hazırlaşır.
Cütlüyün toy mərasimi bu yaxınlarda baş tutacaq. Ailələr artıq toy
hazırlıqlarına başlayıblar.
Qeyd edək ki, Ülkərin nişan mərasimi Novruz bayramı ərəfəsində
olmuşdu. Onlar xəbəri hər kəsdən gizli saxlamağa çalışıblar. Nişan
mərasimində yalnız ailə üzvləri iştirak edib.
Ülkər bundan əvvəl iki dəfə nişanlı olub.
M.İsgəndərlinin bir oğlan övladı da var. Kərim ailəlidir və üç uşaq
atasıdır.